Yaşayış binası və obyektlərin tikintisi dayandırıldı - VİDEO

   Yaşayış binası və obyektlərin tikintisi dayandırıldı -    VİDEO
  01 Avqust 2023    Oxunub:1128
Masallı şəhərinin Heydər Əliyev prospektində “Sirr-M” MMC-yə məxsus yaşayış binasının, Səməd Vurğun küçəsində şadlıq sarayının, Digah yaşayış massivi və rayonun Ləngan kəndində ticarət obyektlərinin müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikintisi faktları aşkar edilib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb.



AzVision.az


Teqlər:



Xəbər lenti