Lukaşenko "vaqnerçilər"in Polşa sərhədinə toplaşmasından danışdı

  Lukaşenko "vaqnerçilər"in Polşa sərhədinə toplaşmasından danışdı
  01 Avqust 2023    Oxunub:1226
Belarus prezidenti Aleksandr Lukaşenko Varşavanın “Vaqner” qruplaşmasının döyüşçülərinin Polşa ilə sərhədə doğru irəliləməsi ilə bağlı bəyanatlarına cavab verib.
Ölkənin qərbində yerləşən Brest vilayətində əhali ilə görüşən Lukaşenko Polşa hökmətini yalançılıqda ittiham edib:

"Birdən eşitdim ki, bu yaxınlarda Polşa özündən çıxıb ki, guya bura hansısa dəstə, 100-ə yaxın adam gələcək. "Vaqner"in 100 nəfərdən ibarət dəstəsi bura yerləşməyib. Əgər onlar bura gələrsə, Brest və Qrodnoda cəmləşmiş briqadalara döyüş təcrübələrini öyrədəcəklər".

Prezident vurğulayıb ki, respublikaya gələn “Vaqner” döyüşçüləri hələ də müvəqqəti düşərgədə yerləşdirilib.

"Ona görə də Belarusun mərkəzində, Osipoviçin yaxınlığında olan bu uşaqlar heç yerə getmək istəmirlər. Onlar əmrləri yerinə yetirməyə öyrəşiblər", - Lukaşenka bildirib.

İyulun sonunda Polşanın baş naziri Mateuş Moravetski Belarusda yerləşən “Vaqner” qruplaşmasının döyüşçülərinin qanunsuz miqrant adı altında Polşaya daxil olacağından ehtiyat etdiyini bildirib.

O, qeyd edib ki, Polşada “Vaqner" qrupunun 100-dən çox muzdlusu Qrodnosdan çox da uzaq olmayan Suvalskiyə qədər irəliləyib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Polşa  



Xəbər lenti