İlham Əliyev və Paşinyan “Euronews”a müsahibə verib

   İlham Əliyev və Paşinyan “Euronews”a müsahibə verib
  01 Avqust 2023    Oxunub:1547
Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibə verib.
AzVision.az xəbər verir ki, bu barədə telekanalın rəsmi tvitter hesabında məlumat paylaşılıb.

Dövlət başçısı müsahibə zamanı Azərbaycan-Ermənistan, Qarabağ məsələsinin həllinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı sualları cavablandırıb.

"Qafqazda sülh?" adı altında yayımlanacaq videomaterialda Ermənistanın baş naziri Nikol Paşinyanın da müsahibəsi yer alacaq.

Qeyd edək ki, hər iki dövlət başçısının müsahibəsi bu gün "Euronews" kanalında efirə gedəcək.



AzVision.az


Teqlər:



Xəbər lenti