O vurğulayıb ki, jurnalistlər üçün maaş ilə ev qurmaq çətin məsələdir, amma MİDA vasitəsilə mənzillərin güzəştli şərtlərlə əldə edilməsi şansı olduğu üçün bir çox media nümayəndəsi bu imkandan yararlamağa çalışıb:
"Aylıq az miqdarda ödəmə, nağd alışda güzəştlər və s. nəzərə alaraq bu fürsətdən yararlanmaq istədim. Uzun illərdir mənzilə ehtiyacım olduğu üçün MİDA-nın builki seçimini şans kimi dəyərləndirib təcili tələb olunan sənədləri yığmağa başladım. Subaylıq haqqında arayış, Media Reyestrinə daxil olmaq, əmək kitabçasının təsdiq olunması, ASAN nömrənin əldə edilməsi və digər məsələləri bir həftə ərzində həll edə bildim. Kənardan asan görünən bu proses bəzən xeyli vaxt alır...
|
|
Şərtlər açıqlandı: Jurnalistlər də MİDA-dan ev alacaq |
T.Tağıyev hesab edir ki, şərtlər ağırdır:
"Mənim əlimdə 2006-cı ildən işlədiyim media orqanlarının adları, möhürləri olan kitabça vardı deyə bu yarışmaya qatılma şansı qazana bildim. Bəs əgər digər həmkarlarımız bunu sübut edə bilməsələr necə olacaq? Şərtlər biraz yumşaldıla bilərdi. Məncə bu sosial layihədə əsas problem onlayn satış sisteminin tətbiqidir. Başa düşürəm ki, insan amilinin minimuma endirilməsi üçün bu üsula əl atılıb. Amma bir neçə il öncə kənar müdaxilələrlə onlayn satış sisteminin çökməsinin, DTX-nın prosesə müdaxilə etməsinin və s. problemlərin şahidi olduq. İndi də belə... Sübut da edə bilmirsən ki, sistem əsas məsələyə, seçimə çatanda qısa zamanda dondu. Ola bilər real şəkildə kimlərsə ev seçib evsizliyə son qoya bildi. Amma inanın ki, sistemin zəif işləməsi ucbatından xeyli narazı qalan da oldu. Bunu sübut edən onlarla video çəkiliş də var ki, sosial şəbəkələrdə araşdırıb tapa bilərsiniz. Hərçənd bundan sonra onlayn satışdan imtina olunsa, nə faydası olacaq? Həqiqətən mənzilə daha çox ehtiyacı olanlar İT bacarıqlarının olmaması ucbatından belə kənarda qalırlar. Məsələn lotoreya üsulu ilə keçirmək olmazdımı? Təbii ki, bundan sonra təklif və dəyişikliklərin olması mənasızdır. Bu sosial layihədir və insanları İT bacarıqları ilə, sistemdəki anlaşılmaz donmalarla üz-üzə qoymaq düzgün deyil. Yeri gəlmişkən, daha çox problem və narazılıq Yasamal layihəsinin seçimində yaşandı. Nə Gəncə, nə də Hövsanla bağı çox sayda narazılıq görmədim. Narazı qalanların da çoxu qeyd etdiyim donmalar, və donmalardan sonra evlərin seçilməsi problemləri ilə üzləşdiyini deyir, seçim anında çəkdiyi videonu paylaşır".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


