“Koroğlu” stansiyası gücləndirilmiş iş rejiminə keçəcək
“Stansiyadan stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə növbətçilik cədvəli tərtib edilməklə işçi qüvvəsi ayrılacaq.
Gün ərzində qatarların hərəkət qrafiki yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılacaq. Oyuna çoxsaylı azarkeş marağını nəzərə alaraq, görüş qurtardıqdan sonra sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatması üçün qatarların daha intensiv hərəkəti təmin ediləcək. Həmçinin, zərurət yarandığı halda, ehtiyat qatarların müvafiq istiqamətlərdə xəttə buraxılması xüsusi nəzarət altında təşkil olunacaq”, - məlumatda bildirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


