Surət Hüseynov dəfn olundu- FOTOLAR

   Surət Hüseynov dəfn olundu-    FOTOLAR
  02 Avqust 2023    Oxunub:3241
Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov dəfn olunub.
O, Gəncə şəhərinin 4 saylı qəbiristanlığında, ata və anasının məzarı yanında dəfn olunub.

****
Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovla Gəncədə yaşadığı evdə vida mərasimi keçirilir.

AzVision.az xəbər verir ki, vida mərasimindən sonra Surət Hüseynov Gəncə şəhərinin 4 saylı qəbiristanlığında, ata və anasının məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycanın sabiq baş nazıri Surət Hüseynovun cənazəsi gecə saatlarında Türkiyədən Bakıya gətirilib, oradan isə Gəncəyə aparılıb.

Xatırladaq ki, ötən gün 64 yaşlı Surət Hüseynov İstanbuldan Moldovaya gedərkən səhhətindəki problemlə bağlı vəziyyəti ağırlaşıb. O, Türkiyədəki xəstəxanasda vəfat edib.












AzVision.az


Teqlər:



Xəbər lenti