Qeyri-ixtisaslı bağça müəllimlərinin maaşları bərpa edildi

   Qeyri-ixtisaslı bağça müəllimlərinin maaşları bərpa edildi
  02 Avqust 2023    Oxunub:2797
Məktəbəqədər təhsil müəssisələrinin ali təhsili qeyri-ixtisas olan tərbiyəçi-müəllimlərinin ödəniş dərəcələrinin azalması ilə əlaqədar müraciətlərinə baxılıb.
Bu barədə AzVision.az -a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

"Daxil olmuş müraciətlər araşdırılaraq həmin tərbiyəçilərin əmək haqqının ödəniş dərəcəsi bərpa edilmiş və onlar əvvəlki qaydada əmək haqqı almaqda davam edirlər. Bununla yanaşı, növbəti mərhələdə müvafiq tərbiyəçi-müəllimlərin əməyinin ödəniş dərəcəsinin “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur".

AzVision.az


Teqlər:



Xəbər lenti