Atası ilə birgə sevgilisinin barmaqlarını kəsdi

   Atası ilə birgə sevgilisinin barmaqlarını kəsdi
  02 Avqust 2023    Oxunub:1108
Türkiyədə kişi eyni evdə yaşadığı tacik qadının barmaqlarını kəsib.
Hadisə Biləcik əyalətində baş verib. Əfqanıstan əsilli NaimininTacikistandan olan Fəridə ilə mübahisəsi əlbəyaxa davaya çevrilib. Bundan sonra qəzəbli kişi qadının 7 barmağını kəsib.
Fəridənin qışqırığından sonra hadisədən xəbər tutan qonşular polisə və təcili yardıma xəbər verib.

Qadın Biləcik Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Polis Naimini və hadisə zamanı evdə olan atasını saxlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti