"Azərpoçt"un sədri vətəndaşlara müraciət etdi
“Azərpoçt” olaraq 2 ildir ki, yenilənmə, şəffaflıq və inkişaf istiqamətləri üzrə müəyyən işlər görürük. Ölkədə nağdsız əməliyyatlara dəstək, xüsusilə poçt əməliyyatları zamanı maliyyə şəffaflığının təmin edilməsi məqsədilə artıq 700-dən çox poçt şöbəsi POS-terminalla təmin olunub. Ölkə üzrə bu rəqəm Bakı şəhərində yerləşən bütün poçt şöbələrini, regionlarda isə mərkəzi və şəhər tipli şöbələri əhatə edir.
Bu barədə sizi bir daha məlumatlandırmaq istəyir və sizdən şöbələrimizdə poçt xidmətlərindən faydalanan zaman nağdsız əməliyyatlara üstünlük verməyinizi xahiş edirik. Bu müraciət “Azərpoçt”da müştərilər və əməliyyatçılar arasındakı xidmət prosesi zamanı maliyyə şəffaflığının təmin olunması məqsədini daşıyır. Bu məqsədə nail olmaq üçün siz vətəndaşların dəstəyinə ehtiyacımız var. Əlaqə nömrəsi: (+99451) 235 97 99”, - deyə o qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


