FHN: Qaxda dağlıq ərazidə tapılan kişi meyiti təhvil verilib

      FHN:    Qaxda dağlıq ərazidə tapılan kişi meyiti təhvil verilib
  03 Avqust 2023    Oxunub:1184
İyulun 23-də Qax rayonunun Sarıbaş kəndi istiqamətində itkin düşən Qax rayon sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun meyiti mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə tapılıb.
Bu barədə AzVision.az -a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kamallı Rəhman Sədrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən ərazidən təxliyə edilərək aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:



Xəbər lenti