Bərdədə evləri su basdı , nazirlik hərəkətə keçdi

   Bərdədə evləri su basdı   , nazirlik hərəkətə keçdi
  04 Avqust 2023    Oxunub:3455
Məlumat verildiyi kimi, avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti