Rusiya səfiri: "Vaşinqton rəsmilərinin gözü kordur"

    Rusiya səfiri:    "Vaşinqton rəsmilərinin gözü kordur"
  04 Avqust 2023    Oxunub:1060
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonun ünvanına tənqidi fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin Teleqram kanalı məlumat yayıb. Səfir deyib ki, ABŞ Rusiya Federasiyasının siyasi-iqtisadi strateji məğlubiyyətinə nail olmaq istəyindən çıxış edərək, Rusiya-Afrika sammitinin əhəmiyyətini azaltmağa çalışır.

Səfirin sözlərinə görə, “ruslara aid hər şeyə nifrət” və Rusiya Federasiyasına strateji məğlubiyyət yaşatmaq istəyi Vaşinqton rəsmilərinin gözünü kor edib.

Antonov əlavə edib ki, ABŞ Rusiyanın yaxın aylarda Afrikanın bir neçə ölkəsinə pulsuz olaraq 25-50 min ton taxıl göndərməyə hazır olduğunu elan etməsindən sonra özünə gələ bilmir.
Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  



Xəbər lenti