Bakıda yeniyetmələr azyaşlını döyüb telefonla çəkdilər - VİDEO

   Bakıda yeniyetmələr azyaşlını döyüb telefonla çəkdilər -    VİDEO
  04 Avqust 2023    Oxunub:1204
Bakıda autizm sindromlu uşağın fiziki şiddətə məruz qalmasına dair görüntülər yayılıb.
Şəxsiyyətləri məlum olmayan iki şəxs mağazanın qarşısında oturan azyaşlıya şiddət göstərib, daha sonra telefonla çəkiblər.

Videoda bildirilir ki, bundan sonra uşaq ağlaya-ağlaya evə gedərək hadisəni anasına danışıb və kameralar açdırılıb. Daha sonra 102 “Qaynar xətti”nə müraciət edilib.

DİN-in Mətbuat xidmətindən bilidirilib ki, sözügedən hadisədən xəbərdardırlar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Təhlükəsizlik kamerasına düşmüş həmin görüntüləri təqdim edirik:



AzVision.az



Teqlər:



Xəbər lenti