"Putini razılaşdıracaq yeganə lider Ərdoğandır" - Kuleba
"Ukrayna Putinin "Qara Dəniz Taxıl Dəhlizi sazişinə qayıtması üçün Ərdoğanla koordinasiyadadır. Ərdoğan da öz növəsində bu məsələdə Zelenski ilə koordinasiyadadır. Bu, hər iki tərəf üçün faydalıdır. Putini razılaşmaya qaytara biləcək yeganə lider Ərdoğandır".
Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün Birləşmiş Millətlər Təşkilatı (BMT), Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimdə Qara Dəniz Taxıl Dəhlizi sazişini imzalayıb.
Kremlin sözçüsü Dmitriy Peskov iyulun 17-də vaxtı bitmiş sazişlə bağlı açıqlamasında : "Qara Dəniz Taxıl Dəhlizi sazişi əslində başa çatıb, dayandırılıb. Müvafiq şərtlər yerinə yetirilən kimi Rusiya dərhal taxıl sazişinə qayıdacaq. Rusiya ilə bağlı razılaşmanın bir hissəsi yerinə yetirilməyib”, -deyə bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Ərdoğan







Vaxtında, Aydın, Lazımlı!


