Anası Fərid üçün yenidən vəkil axtarır

 Anası Fərid üçün yenidən vəkil axtarır
  04 Avqust 2023    Oxunub:919
İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin məhkəməsi hələ olmayıb.
Bu barədə AzVision.az -a ki, Fəridin anası Dilarə Əsgərova deyib.

"Dünən və bu gün İranda iş günü deyil. Ona görə hələ məhkəmə keçirilməyib. Dəqiq vaxtı bəlli olmasa da, yaxın günlərdə olacağı ehtimal edilir".

Fəridlə hələ danışa bilməyən anası buradakı vəkillərlə də onu əlaqələndirə bilmədiyini qeyd edib. D.Əsgərova yenidən vəkil axtarışında olduğunu vurğulayıb.

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. O, istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.

Xarici İşlər Nazirliyindən isə bildirilib ki, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti