Türkiyədə rekord istilər davam edir

 Türkiyədə rekord istilər davam edir
  04 Avqust 2023    Oxunub:1261
Türkiyədə istilər rekord həddə çatıb. Bu barədə TRT məlumat yayıb. Bildirilir ki, qeydə alınan 81 əyalətdən 20-də 40 dərəcədən yuxarı temperatur və rekord rütubət var.
Qeyd olunur ki, ölkənin 20 əyalətində havanın temperaturu 40 dərəcəni keçib. Xüsusilə cənub-şərqdə Mardin və Şırnakda havanın temperaturu sırasıyla 45- 44, Şanlıurfa və Siirtdə isə 43 dərəcəyə çatıb.

Ölkənin qərbində Tekirdağ və Kırklareli vilayətlərində 40, milyonluq İzmir şəhərində isə 42,5 dərəcə isti qeydə alınıb.

Hazırda Türkiyədə havanın temperaturu iqlim normasından 4-8 dərəcə yüksəkdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti