Avqustun 7-si Gürcüstanda matəm günü elan edilib

Avqustun 7-si Gürcüstanda matəm günü elan edilib
  04 Avqust 2023    Oxunub:1089
Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar avqustun 7-si matəm günü elan edilib.
Bunu Baş nazir İrakli Qaribaşvili bildirib. Qeyd edək ki, Şovidəki sürüşmə nəticəsində 7 nəfər ölüb. Torpaq altında qalan 30 nəfərin axtarışları davam edir.

İ.Qaribaşvili torpaq sürüşməsinin baş verdiyi Şovi kurortuna gedib. Uşaqlar da daxil olmaqla, 140 nəfər təxliyə edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti