Baş nazir gürcüstanlı həmkarına başsağlığı verib

   Baş nazir gürcüstanlı həmkarına başsağlığı verib
  04 Avqust 2023    Oxunub:1023
Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə AzVision.az -a Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib. Baş nazir Ə.Əsədov Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar İ.Qaribaşviliyə dərin hüznlə başsağlığı verib.

Məktubda həmçinin yaralananlara şəfa dilənib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması arzulanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti