Şuşada avtomat meteoroloji stansiya quraşdırılıb
Bildirilib ki, Şuşa şəhəri ərazisində hidrometeoroloji şəbəkənin bərpası istiqamətində bütün lazımi sensorlarla təchiz edilmiş avtomat meteoroloji stansiyanın quraşdırılması işləri yekunlaşdırılıb. Bu stansiyanın quraşdırılması ilə Şuşa rayonunun iqlim şəraitinin qiymətləndirilməsinə, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılmasına nail olunub. Regionda hidrometeoroloji xidmət səviyyəsinin artırılması rayon ərazisində fəaliyyəti nəzərdə tutulan istehsal və kənd təsərrüfatı sahələri üçün çox faydalıdır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


