Bakıda 35 yaşlı kişini öldürən şəxs saxlanıldı

Bakıda 35 yaşlı kişini öldürən şəxs saxlanıldı
  06 Avqust 2023    Oxunub:1360
Avqustun 6-də saat 05 radələrində Xətai rayonu Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Potapov Dimitri İqoyeviçin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması və orada ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Muradzadə Ülvi Təzəxan oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

AzVision.az



Teqlər:



Xəbər lenti