Qızılağac Milli Parkındakı yanğın məhdudlaşdırılıb + YENİLƏNİB

  Qızılağac Milli Parkındakı yanğın məhdudlaşdırılıb  +  YENİLƏNİB
  06 Avqust 2023    Oxunub:2203
Qızılağac Milli Parkının ərazisində yanğın başlayıb.
Bu barədə " AzVision.az -a FHN Mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
***
Qızılağac Milli Parkının ərazisində baş vermiş yanğınla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazidə havanın küləkli olmasına baxmayaraq məhdudlaşdırılıb.

Bu barədə AzVision.az-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti