Şəkidə "opel" aşdı, yaralılar var

   Şəkidə "opel" aşdı,    yaralılar var
  06 Avqust 2023    Oxunub:1435
Şəkidə minik avtomobili aşıb, xəsarət alanlar var.
AzVision.az "Unikal" a istinadən xəbər verir ki , hadisə rayonun Baş Küngüt kəndinə gedən yolda girişundə baş verib. Şəki rayon sakininin idarə etdiyi “Opel-Astra” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq maşın yolun kənarına aşıb.

Qəza zamanı avtomobildə olan sərnişinlərdən iki nəfər rayonun Baş Küngüt kənd sakinləri 1998-ci il təvəllüdlü Elşən Ramazan oğlu Hacıəhmədov və 1998-ci il təvəllüdlü Aqil Əyyub oğlu Əhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti