Sumqayıt stansiyasında turniketlərin işində fasilə yaranıb

Sumqayıt stansiyasında turniketlərin işində fasilə yaranıb
  07 Avqust 2023    Oxunub:1164
Bu gün səhər saat 07.20- 07.40 arası Sumqayıt sərnişin stansiyasına şəhər enerji şəbəkəsindən daxil olan elektrik enerjisinin verilməsində qısa kəsintilər yaranıb.
Bu barədə AzVision.az -a Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəblə stansiyada istismar olunan turniketlərin işində fasilələr yaranıb və sərnişinlərin mənzilbaşına vaxtında çatmaları üçün onların qatarlara buraxılması qeydiyyatdankənar təmin edilib.

Qeyd olunub ki, hazırda Sumqayıt sərnişin stansiyası fəaliyyətinin gündəlik qrafik üzrə davam etdirir.

AzVision.az


Teqlər:



Xəbər lenti