"Çimərlik mövsümü başlayandan 124 nəfər boğulmaqdan xilas olunub" - FHN

   "Çimərlik mövsümü başlayandan 124 nəfər boğulmaqdan xilas olunub" -    FHN
  08 Avqust 2023    Oxunub:1480
"2023-cü ilin iyun ayının 15-i çimərlik mövsümü başlayandan bu günə qədər ümumilikdə suda boğulma hadisəsi ilə üzləşən 124 nəfər xilas olunub".
AzVision.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət mayoru Aqşin Əlili deyib. O qeyd edib ki, xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb.

"Xilas olunanların əksəriyyəti uşaq və yeniyetmələrdir. Lakin küləkli havada dənizə girən vətəndaşlar, üzmə sərhədlərini ötərək dənizin içərlərinə getməyə çalışanlar və sərxoş halda spirtli içki qəbul edərək dənizə girənlər də boğulmaqdan Xidmətin əməkdaşları tərəfindən xolas olunub. Vətəndaçşlara müraciət edirik ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən istifadə etməsinlər və təhlükəsizlik qaydalarına əməl etsinlər".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti