Avtobus qəzasında yaralanan turistlərin vəziyyəti açıqlandı - YENİLƏNİB

 Avtobus qəzasında yaralanan turistlərin vəziyyəti açıqlandı -  YENİLƏNİB
  08 Avqust 2023    Oxunub:1750
Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı –Qəbələ avtomobil yolunda qəza baş verib.
TƏBİB-dən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şamaxıda avtobusun qəzaya düşməsi nəticəsində 2 nəfər xəsarət alıb. Onlardan birinə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Digər şəxsə isə baş-təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub, vəziyyəti stabildir. Hazırda müalicəsi davam etdirilir.

***
Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı –Qəbələ avtomobil yolunda qəza baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a bildirilib ki, hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

“Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir. Faktla bağlı araşdırma aparılır”, - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan məlumatlarda qəzaya düşən avtobusda çox sayda turistin yaralandığı iddia olunurdu.
***
Bu gün günorta saatlarında Ağsu dolaylarında qəza baş verib.

AzVision.az xəbər verir ki, içərisində turistlərin olduğu avtobus Qəbələ istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Bu zaman yolun hərəkət hissəsindən çıxan avtobus yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alanların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım avtomobili gələrək yaralılara yardım göstərilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.





AzVision.az


Teqlər:



Xəbər lenti