Metro qatarında nasazlıq olub

Metro qatarında nasazlıq olub
  09 Avqust 2023    Oxunub:1112
"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.
Bu barədə AzVision.az -a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.

Həmin qatarın əvəzinə xəttə qatar verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti