DOST mərkəzlərinin sayı artırılır

   DOST mərkəzlərinin sayı artırılır
  09 Avqust 2023    Oxunub:1122
"Yaxın 2-3 ildə DOST mərkəzlərinin sayının 17-yə çatdırılması, 55 şəhər və rayonda DOST filiallarının fəaliyyət göstərməsi nəzərdə tutulur".
AzVision.az xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib. Onun sözlərinə görə, Şuşa şəhərində xüsusi statuslu DOST mərkəz filialı yaradılacaq.

"5 il ərzində bir milyon 700 minə yaxın vətəndaşa xidmət göstərilib. Gündəlik xidmət göstərdiyimiz vətəndaşların sayı isə 3 mindən çoxdur. Vətəndaşa 7 dəqiqə ərzində xidmət göstərilir və bu istiqamətdə beynəlxalq standartları üstələyirik. Əgər 2021-ci ildə 410 min vətəndaşa xidmət göstərmişiksə, bu ilin 7 ayında bu rəqəm 404 minə yaxındır. Bu da o deməkdir ki, cari ilin nəticələri əvvəlki illərlə müqayisədə çox olacaq. Məmnunluq səviyyəsi isə 98,8 faizdir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti