Səfər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilib.
R.Hüseynova özü də səfərlə bağlı paylaşım edərək Bakının çox dəyişdiyini, lakin eyni zamanda əvvəlki kimi doğma və əziz olduğunu bildirib: “Məni şəhərin mərkəzinin və bulvarının miqyası valeh etdi. 17 il sonra oğlumuz Aslan öz tarixi vətəninə gəldi”.
O, daha sonra Şuşa şəhərinə səfər etdiklərini vurğulayıb: “30 ildən sonra Şuşa bizimdir! Şuşa bizim tarixi irsimizin ürəyidir. Şuşa şəhərinə tərəf “Zəfər yolu” ilə getdikdə hərbçilərimiz qəhrəmanlığı tam anlayırsan”.
Qeyd edək ki, Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Onun ailəsi hadisədən sonra Norveçə köçərək orada yaşayır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


