"Rusiya Şimali Kiprdə konsulluq xidməti göstərəcək" - KİV
"Biz çox yaxın vaxtlarda Nikosiya şəhərinin şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər müntəzəm olaraq aparılacaq", - mənbə bildirib.
Səfirliyin nümayəndəsinin qeyd etdiyi kimi, söhbət Rusiya hakimiyyətinin Kiprin şimalında yaşayan vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirməsindən gedir. O, bir neçə ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın uzun illərdir Şimali Kiprdə konsulluq məsələləri ilə məşğul olan öz diplomatik nümayəndəliklərinin olmasına diqqət çəkib.
Bəzi hesablamalara görə, bu gün Kiprin şimalında 50 mindən çox rus yaşayır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


