Dünyada 843 milyon insan bel ağrısından əziyyət çəkəcək
Tədqiqat müəllifləri qeyd ediblər ki, insan onurğasının anatomik mürəkkəbliyi sadə diaqnostikalarla müəyyən edilə bilməz. Piylənmə, tütün məhsullarından istifadə, hərəkətsizlik kimi qlobal problemlər həll edildiyi təqdirdə, bel ağrısı şikayəti 39 faiz azala bilər. Siqaret çəkmək disklər və oynaqlar kimi onurğa strukturlarının mikrosirkulyasiyasının pozulması, həmçinin sümüklərin zəifləməsinə səbəb olur.
Eyni zamanda, fiziki hərəkətsizlik, piylənmə və yuxusuzluq kimi digər xəstəliklərin yaranması ilə əlaqələndirilir. Sözügedən problemlər bel ağrısı riskinin artması ilə nəticələnir. Bioloji, sosial və psixoloji faktorlar da daxil olmaqla, bel ağrısına bir çox amillər təsir göstərir. Bel ağrısı xəstəliyinə qadınlarda daha çox rast gəlinir.
Qeyd edək ki, tədqiqatın nəticələri "The Lancet Rheumatology" jurnalında dərc edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


