Qərbi Azərbaycan İcması Litvanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb
Bildirilib ki, Qərbi Azərbaycan İcması Litvanı Azərbaycanın daxili işlərinə qarışmamağa, diqqəti özündə milli azlıqlarla bağlı problemlərin həllinə yönəltməyə çağırır.
Qərbi Azərbaycan İcması hesab edir ki, əgər Litva özünü “ədalət carçısı” hesab edirsə, onda dostu hesab etdiyi, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş Ermənistanla sıx münasibətlərindən istifadə edərək Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı məsələsini rəsmi İrəvan qarşısında qaldıra bilər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


