Azərbaycanda zəlzələ olub

   Azərbaycanda zəlzələ olub
  09 Avqust 2023    Oxunub:1121
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Maqnitudası 4 olan zəlzələ ocağının dərinliyi 52 kilometr olub. Zəlzələ Saatlıda və Beyləqanda hiss olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti