Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafiki dəyişir

 Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafiki dəyişir
  10 Avqust 2023    Oxunub:1207
Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilir.
AzVision.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması üçün hər gün günorta saatlarında texniki fasilənin götürülməsi məqsədi ilə avqustun 14-dən etibarən Bakıdan 13:30-da yola düşən qatar Sumqayıtdan 14:30-da yola düşən qatar reysi ləğv edilir.

Qeyd edək ki, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə səhər və axşam reysləri isə ənənəvi qaydada hərəkətinə davam edir.

AzVision.az


Teqlər:



Xəbər lenti