Görədildə bir nəfər dənizdə batıb

Görədildə bir nəfər dənizdə batıb
  10 Avqust 2023    Oxunub:1226
Abşeron rayonu Görədil kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
Bu barədə AzVision.az -a FHN-dən bildirilib.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti