"Valideynlər ixtisas seçimində övladının istəyini nəzərə almalıdırlar" - DİM sədri

   "Valideynlər ixtisas seçimində övladının istəyini nəzərə almalıdırlar" -    DİM sədri
  11 Avqust 2023    Oxunub:1784
“Abituriyentlər hansı ixtisasda özlərini mütəxəssis kimi görmək istəyirsə, o istiqamətdə ixtisas seçməlidirlər”.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, valideynlərə müraciət edərək bildirib ki, ixtisas seçimində övladlarının istəyini nəzərə alsınlar:

“Mən həmişə bununla bağlı müraciət edirəm. Yenə də valideynlərə üzümü tutub deyirəm ki, uşaqların istəklərini öyrənin. Ondan sonra birgə seçim edin, çünki abituriyentin fikrinin əsas götürülməsi çox vacibdir”.

AzVision.az


Teqlər:



Xəbər lenti