Xocəsən-Lökbatan yolunda hərəkət məhdudlaşdırılacaq

 Xocəsən-Lökbatan yolunda hərəkət məhdudlaşdırılacaq
  11 Avqust 2023    Oxunub:1240
Xocəsən-Lökbatan avtomobil yolunun ikinci kilometrində sabah axşam saat 22:00-dan 13 avqust saat 06:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Buna səbəb yolun sözügedən hissəsində yerləşən yerüstü piyada keçidində aparılacaq təmir-bərpa işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələrini tövsiyə edir.

AzVision.az


Teqlər:



Xəbər lenti