Yevlaxda avtomobil yanıb - VİDEO

Yevlaxda avtomobil yanıb -    VİDEO
  11 Avqust 2023    Oxunub:1343
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yevlax şəhəri, N.Nərimanov küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində VAZ-2106 markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində detallar yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.



AzVision.az


Teqlər:



Xəbər lenti