Qazaxıstandan Azərbaycana zəhərli maddə gətirilməsinin qarşısı alınıb - FOTO
Bildirilib ki, zəhərli maddə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda nəqliyyat vasitəsinə gömrük baxışı zamanı aşkar edilib.
Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən araşdırma aparılaraq Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) və 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb və baş idarənin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən maddənin satışını təşkil edən şəxs müəyyən edilərək CM-in 206.3.2 və 240.2.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


