"Beşmərtəbə"də su kəsilib

"Beşmərtəbə"də su kəsilib
  12 Avqust 2023    Oxunub:1540
Bakının Yasamal rayonu Beşmərtəbə adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Bu barədə AzVision.az -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-dən bildirilib. Məlumata görə, bu, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır. Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti