Xankəndidə “humanitar böhran” yaşayan ermənilər kef edir - VİDEO

   Xankəndidə “humanitar böhran” yaşayan ermənilər kef edir -    VİDEO
  12 Avqust 2023    Oxunub:1986
Ermənistanın “humanitar böhran” içində yaşadığını iddia etdiyi Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər toy mərasimi keçirib.
Mərasim barədə Azərbaycanın Niderlandakı səfiri Rəhman Mustafayev “X”də (keçmiş tviter) paylaşım edib.

“Hər dəfə Xankəndidən erməni toy məclisləri videolarına baxanda, bu gənc xoşbəxt ermənilərin mahnı oxuyub rəqs etdiyini görəndə ürəyim bütün etnik azlıqların sülh və əmin-amanlıq içində yaşadığı ölkəm Azərbaycan üçün sevinc və qürurla dolur. Münaqişə başa çatıb, Ermənistan tarixin gedişatını dəyişə bilməz”, - deyə o qeyd edib.

Qeyd edək ki, yayılan görüntülərdə toy mərasiminin avqustun 9-da baş tutduğu görünür. Görüntülər faktiki olaraq “humanitar böhran” yalanını ifşa edir. Çünki, ərzaq "tapa bilmədiklərini" deyən ermənilər toyu necə edir?




AzVision.az


Teqlər:



Xəbər lenti