COVID-19 kişilərin ayaqlarının rəngini dəyişdirə bilir

   COVID-19 kişilərin ayaqlarının rəngini dəyişdirə bilir
  12 Avqust 2023    Oxunub:1271
COVID-19 bədənin şaquli vəziyyətində kişilərin ayaqlarının rəngini dəyişə bilər.
Bu barədə “Lancet”jurnalında dərc olunan məqalədə deyilir. Otuz üç yaşlı kişi altı aydır ki, ayaq üstə duranda ayaqlarının rənginin tez qırmızıya çevrilməsindən şikayətlənirmiş. Lakin, uzanan zaman ayaqlarının rəngi normallaşırmış.

Müayinələrdən sonra həkimlər xəstəyə uzunmüddətli koronavirusla bağlı avtonom sinir sisteminin nasazlığı diaqnozu qoyublar. Ayaqların rənginin dəyişməsi venoz qanın yığılması ilə bağlıdır.


AzVision.az


Teqlər:



Xəbər lenti