Günvurma ilə bağlı 17 müraciət olub

Günvurma ilə bağlı 17 müraciət  olub
  12 Avqust 2023    Oxunub:1469
TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 7-11 avqust tarixlərində günvurma ilə bağlı 17 müraciət daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 10 nəfəri qadın, 7 nəfəri kişidir.

"Müraciət edən şəxslərdən 13 nəfəri böyük, 4 nəfəri uşaqdır. Ümumilikdə müraciət edən şəxslərdən 11 nəfəri hospitalizasiya edilib",-deyə məlumatda qeyd edilib.

AzVision.az



Teqlər: TƏBİB   Günvurma  



Xəbər lenti