Havayda meşə yanğınlarında ölənlərin sayı artıb
Qubernator qeyd edib ki, Mauidə baş verən bu hadisə ABŞ-da bir əsrdən artıq müddətdə ən ölümcül meşə yanğını olub. " Ölənlərin sayının artacağı gözlənilir. İnsanların buna hazır olmasını istərdik", - deyə C.Qrin sözlərinə əlavə edib.
Daha əvvəl ölənlərin sayının 80-ə yaxın olduğu bildirilirdi. Son məlumatlara görə, 2,2 mindən çox bina dağılıb.
Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahaina keçib və şəhər tamamilə yanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


