Ana və oğulları Kürdə batdı - YENİLƏNİB

  Ana və oğulları Kürdə batdı  -  YENİLƏNİB
  13 Avqust 2023    Oxunub:2104
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Keçili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***
Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kənd ərazisində batanların kimliyi bəlli olub.

Onlar Qazax rayon sakinləri 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və onun 2008-ci il təvəllüdlü qardaşı Akşin Elburus oğlu Kərimovdur.

Eyni zamanda Kür çayında batanların anaları - 1985-ci il təvəllüdlü Günay Valeh qızı Kərimova da Kür çayında boğularaq dünyasını dəyişib. Onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti