Neymarın "Əl-Hilal"da qazanacağı məbləğ bəlli olub

   Neymarın "Əl-Hilal"da qazanacağı məbləğ bəlli olub
  13 Avqust 2023    Oxunub:1298
Fransanın PSJ və Braziliya millisinin futbolçusu Neymar Səudiyyə Ərəbistanının Əl-Hilal klubu ilə müqavilə imzalayacaq.
"L'Equipe"nin məlumatına görə, futbolçu iki ildən sonra 160 milyon avro qazanacaq. Braziliyalı artıq "Əl-Hilal"la müqavilənin şərtlərini razılaşdırıb.

Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. Bu, braziliyalı üçün vətənindən kənarda ilk klub idi. 2017-ci ildən bəri hücumçu Fransada beş çempionluq qazandığı PSJ-nin rənglərini qoruyur. Onun parislilərlə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Neymar ötən mövsüm liqada 20 oyun keçirib, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.

PSJ Fransa çempionu olub. 2022/23 mövsümündə klub Çempionlar Liqasının 1/8 finalına yüksəlib və burada "Bavariya"ya uduzub.

Parislilərin bu turnirdəki ən yaxşı nəticəsi 2019/20 mövsümünün finalına vəsiqədir. Neymar altı matçda (2+2) iştirak edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti