Banqladeşdə danq qızdırmasından 398 nəfər öldü

Banqladeşdə danq qızdırmasından 398 nəfər öldü
  14 Avqust 2023    Oxunub:805
Banqladeşdə son bir gündə 11 nəfər danq qripindən həyatını itirib.
Bu barədə Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi (DHGS) məlumat yayıb. Qeyd olunub ki, bununla da ölkədə bu xəstəlikdən ölənlərin sayı 398-ə çatıb. Yalnız son 24 saatərzində 2 905 nəfər xəstəxanaya yerləşdirilib. Ötən il ölkədə 281 nəfər danq qripindən dünyasını dəyişib.

Tropik və subtropik bölgələrdə müşahidə olunan danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə nəticələnən xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və danq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.

AzVision.az


Teqlər:



Xəbər lenti