“BMT Ermənistanın yol manipulyasiyasına son qoymalıdır” – Azay Quliyev
"BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul ediləcək hər hansı mümkün qərar və ya bəyanat həm də təhlükəsizlik şurasının bütün üzvləri, xüsusən də davamlı sülh, barışıq və firavanlığa nail olmaq üçün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini müdafiə edən və vasitəçi rolunu oynayan ABŞ və Aİ üçün Cənubi Qafqazda yuxarıda qeyd olunan prinsiplər əsasında böyük sınaq olacaq”,- Azay Quliyev yazıb.
Deputat xatırladıb ki, 2014-cü ildə BMT Təhlükəsizlik Şurası Rusiya Federasiyasının Ukraynanın Donetsk vilayətinə humanitar yardımların hərbi müşayiətlə çatdırılması tələbini haqlı olaraq rədd etmişdi. Bu zaman yardımların Ukrayna tərəfilə razılaşdırılmadığına, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş tərəfli fəaliyyət olduğuna istinad etmişdi.
“Gəlin gözləyək, görək, Azərbaycana gələndə BMT Təhlükəsizlik Şurası və onun üzvü olan ölkələr üçün beynəlxalq hüquq və birgə dəyərlər nə deməkdir", - deputat qeyd edib.







Vaxtında, Aydın, Lazımlı!


