Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu

   Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu
  14 Avqust 2023    Oxunub:1112
Avqustun 14-də saat 09:20-dən 12:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
AzVision.az xəbər verir ki, bu barədə MN məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti