Güləşçilərimiz 3 medal qazandı
Ramik Heybətov (65 kq) debütdə rusiyalı Dalqat Abdulkadirovla bacarmayıb – 0:7. Mircavad Nəbiyev (70 kq) 1/8 finalda ABŞ-dan olan Meyer Şapirova 4:6 hesabıyla məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün Nəbiyev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O, sabah yaponiyalı Yuma Tomiyama ilə qarşılaşacaq.
Ali Tsokayev (79 kq) polşalı Mateuş Pedzitski (10:0), avstriyalı Lukas Lins (10:0) və gürcüstanlı Otari Adeişvilini (13:2) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinalda rusiyalı İbrahim Kadiyev keçilməz olub – 4:8. Tsokayev bürünc medal görüşünə çıxacaq.
Zəfər Əliyev (97 kq) ilk mərhələdə ermənistanlı Xaçatur Xaçatryana (7:0) heç bir şans tanımasa da, 1/8 finalda qazaxıstanlı Kamil Kuruqliyevə 2:5 hesabıyla uduzub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


