Azərbaycanın daimi nümayəndəsi BMT TŞ-nin iclasında iştirak edəcək

 Azərbaycanın daimi nümayəndəsi BMT TŞ-nin iclasında iştirak edəcək
  15 Avqust 2023    Oxunub:1264
Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının (TŞ) avqustun 16-da Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək.
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağdakı humanitar vəziyyətlə bağlı fövqəladə iclasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi Ermənistanın müraciəti ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək məqsədilə BMT Təhlükəsizlik Şurasının iclasının avqustun 16-da ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da keçiriləcəyini bildirmişdi.

AzVision.az



Teqlər:



Xəbər lenti